Ulu öndər Heydər Əliyevin 2003-cü ildə dediyi sözlər heç vaxt unudulmaz və zaman-zaman öz yerini tutur. Mən İlhama özüm qədər inanıram deyərək İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürmüşdür. Azərbaycan xalqının yekdilliklə səs verib seçdiyi Cənab Prezident İlham Əliyev xalq qarşısında and içdiyi zaman mən hər bir azərbaycanlının prezidenti olacağam demişdir. Hakimiyyətə gəldiyi vaxtdan Ulu Öndərin siyasi kursunun davamı olaraq ölkə iqtisadiyyatının yüksəldilməsi, köçkün çadır şəhərciklərinin ləğv edərək köçkünlərin mənzillərlə təminatı, ordu quruculuğu, təhsilin inkişafı və sair sahələr prioritet məsələ kimi qarşıya qoyuldu və öz həllini tapdı. Ermənistan tərəfindən torpaqlarımızın işğalda qalması ilə heç vaxt barışmayacağını bəyan edərək xarici siyasət kursunu daha yüksəklərə qaldırdı. Nəhayət, 2020-ci il mart ayının 10-da VI çağrış Milli Məclisin ilk iclasında çıxış edərək dövlətin daxili və xarici siyasətinin günbəgün irəliyə doğru aparılmalı olduğunu hamının diqqətinə çatdırdı. Artıq Milli Məclis çoxpartiyalılıq sistemlə formalaşmış və müxalifət partiyalarından olan təmsilçilər komitə sədri və sair mühüm aparıcı yerlərdə təmsil olundu. Bu da demokratiyanın, siyasi prüralizmin ölkədə mühüm yer tutduğunu göstərdi. Azərbaycanı xarici plkə səfərlərində təmsil edən komitə sədrləri olan Mlli Məclis üzvləri işğal olunmuş ərazilər və sair məsələlərdə əsl həqiqəti dünya ictimayətinin nəzərinə çatdırdı. Cənab Prezident çıxışında əhalinin məmurlar tərəfindən narazı salınması və hüquqlarının pozulması hallarının olması barədə məlumatı olduğunu və belə hallarla qarşı mübarizə aparacağını bəyan etdi. Bəzi nazirlə və icra başçıları törətdikləri neqativ hallara görə dərhal cəzalandırıldı. Azərbaycana qarşı bəzi xarici ölkələrin dəstəklədiyi beşinci kalon adlandırılan qüvvələrin dırnaqarası səylərinə baxmayaraq, Azərbaycan xalqı ağı qaradan seçməyi bacardı və Cənab Prezidentinin siyasi kursunu dəstəkləyərək onun ətrafında sıx birləşdi. 2020-ci ilin iyul hadisələri və 44 günlük Vətən müharibəsində xalqın öz liderinə inamı, onunətrafında sıx birləşməyi 28 il işğal altında qalan torpaqların işğaldan azad edilməsi ilə nəticələndi. Yaşasın xalq-iqtidar birliyi. Qarabağ Azərbaycandır!Aydın HƏSƏNOV,Xocalı rayon sakini